Bakıda "Mercedes"2 piyadanı vurub qaçdı
Paytaxtın Nizami rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Qara Qarayev prospektində, metronun "Neftçilər" stansiyası yaxınlığında qeydə alınıb. Prospektlə hərəkət edən "Mercedes" markalı minik maşını yolu keçmək istəyən biri qadın olmaqla 2 piyadanı vurub.
Qəza baş verdikdən sonra hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Avto qəza zamanı yüngül xəsarət alan qadın piyadaya hadisə yerində tibbi yardım göstərilib. Digər piyada 30 yaşlı Məmişov İsmayıl isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirib.
Piyadaları vuran sürücü hadisə yerindən qaçdığına görə onun kimliyini müəyyən etmək mümkün olmayıb. Hadisənin kim tərəfindən törədildiyi ərazidə quraşdırılan müşahidə kameralarına baxıldıqdan sonra məlum olacaq. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub