Xəzərdə azərbaycanlı iş adamının meyiti tapılıb
Xəzərdə batan azərbaycanlı iş adamının meyiti tapılıb. APA TV-nin məlumatına görə, 40 Yaşlı Əhmədov Nofəl Qüdrət oğlu 2012-ci ildə 5 nəfərlik kiçik tutumlu balıqçı gəmisi ilə Azərbaycandan Qazaxıstana yola düşüb. Gəmi Qazaxıstanın Aktau limanı yaxınlığında batıb. Aparılan axtarışlar nəticəsində gəmi tapılsa da, batan şəxslərin meyiti tapılmayıb.
Mərhumun ailə üzvlərinin sözlərinə görə, rayon prokurorluğu ilə görüşdükdən sonra məlum olub ki, 2013-cü ilin avqustunda gəminin batdığı yerdən təxminən 340 kilometr aralıda dəniz sularında naməlum meyit tapılıb və Xaçmaz ərazisində dəfn edilib. Aparılan araşdırmalardan və DNK analizindən sonra həmin ölən şəxsin N.Əhmədov olduğu təsdiqlənib. N.Əhmədovun meyiti Xaçmaz rayonundakı məzardan çıxarılaraq, doğulduğu Zərdab rayonunun Burunlu kəndinə gətirilib və dəfn edilib.
Qeyd edək ki, mərhum N. Əhmədov ailəli olub və 2 övladı var. Xatırladaq ki, gəmidə olan digər üç Neftçala və bir Dağıstan sakinindən hələlik xəbər yoxdur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub