Azərbaycanın "Eurovision 2014" təmsilçisi FİNALDA!
Danimarkanın paytaxtı Kopenhagenin “B@V” arenanın səhnəsində “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
16 ölkənin iştirakı ilə keçirilən yarımfinalda səhnəyə birinci Ermənistan təmsilçisi çıxıb. Ardınca digər ölkələr eyni zamanda ölkəmizi təmsil edəm Dilarə Kazımov öz ifalarını səsləndiriblər. 16 ölkənin çıxışlarından sonra 15 dəqiqə ərzində təmsilçilərə səs göndərilib. Səsvermə nəticəsində iştirakçılar arasından 10 ölkə finala vəsiqə qazanıb.
Bunlar Azərbaycan, Rusiya, Ermənistan, Monteneqro, Macarıstan, San Marino, Ukrayna, İsveç, Hollandiya və İslandiyadır.
APA TV-nin xəbərinə görə, müsabiqənin birinci yarımfinalı dünyanın 45-ə yaxın ölkəsində televiziya ilə canlı yayımlanıb. Müsabiqənin II yarımfinal mərhələsi mayın 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub