Suriyada Əsəd tərəfdən döyüşən Şuşa sakini öldürülüb
Suriyada daha bir azərbaycanlının öldürülməsi barədə xəbər yayılıb. APA-nın məlumatına görə, Şuşa şəhər sakini, 1990-cı il təvəllüdlü Şirazi Şakir oğlu Hüseynov Əsəd qüvvələri tərəfində vuruşub. O, Azad Suriya Ordusu tərəfindən öldürülüb. Şirazi Hüseynov öldürüldükdən sonra onun üzərindən tapılmış şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun və digər şəxsi əşyalarının fotosu yayılıb. APA-nın əməkdaşı Suriyada ölüm xəbəri yayılan Şirazi Hüseynovun Bakıdakı ailəsini taparaq onun atası ilə danışıb. Şirazi Hüseynovun atası Şakir Hüseynov oğlunun iki ay əvvəl Türkiyəyə müalicə üçün getdiyini deyib: “Hazırda onun harada olduğunu bilmirik. İki ay əvvəl müalicə üçün Türkiyəyə getdi, o vaxtdan da ailəsi ilə əlaqə saxlamayıb”.
Şirazi Hüseynov oğlunun dinə meylli biri olduğunu da bildirib: “Oğlum namaz qılan idi. Lakin heç vaxt Suriya ilə bağlı evdə danışmayıb. Nə məsələdir, başa düşə bilmirəm”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub