Sankt-Peterburqda azərbaycanlı iki nəfəri güllələdi
Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda "Veteranlar prospekti" metrostansiyasının yaxınlığında Qafqaz millətlərindən olan şəxslər arasında silahlı insident baş verib. Atışma nəticəsində iki nəfər yaralanıb. Hadisə şahidlərinin məlumatına görə, iki sürücü avtomobilləri ilə hərəkətdə olarkən biri-birinə yol verməyiblər. Bu səbəbdən metro stansiyasının ətrafında tıxac yaranıb. Sürücülərdən birinin Dağıstanlı olduğu bildirilir. O, pnevmatik tapança çıxararaq mübahisə etdiyi şəxsə atəş açmağa başlayıb. Digər şəxsin isə Azərbaycan vətəndaşı olduğu deyilir. O, üzərində gəzdirdiyi həqiqi silaha əl atıb və qarşı tərəfi gülləbaran edib. Nəticədə dağıstanlı və mübahisəyə müdaxilə edən digər bir taksi sürücüsü güllə yarası alıblar. Azərbaycanlı daha sonra hadisə yerindən uzaqlaşıb. Yralılar xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı bütün şahidlərin ifadəsi alınıb, azərbaycanlının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün iş aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub