Yerevanda Vladimir Putinin əleyhinə aksiya keçiriləcək
Mayın 18-də Yerevanın Azadlıq meydanında Rusiya prezidenti Vladimir Putinin əleyhinə aksiya keçiriləcək. Ermənistanın müstəqilliyinin təhlükə altında olduğunu düşünən bir qrup fəal daha sonra İrəvandakı Rusiya səfirliyi qarşısında nümayiş təşkil edəcək. Vətəndaşlar özlərinin dediyi kimi Kremlin qeyri-insani və işğalçı siyasətinə və Ermənistanın güc yolu ilə Gömrük İttifaqına qoşulmasına etirazlarını bildirəcəklər. Bununla bağlı "facebook" sosial şəbəkəsində "No Putinizim" adlı səhifə də yaradılıb və sosial şəbəkə iştirakçıları da bu mitinqə dəvət edilib. Onlar bu təşəbbüsləri ilə Rusiyanın böyük şəhərlərində "putinizm" əleyhinə keçiriləcək mitinqlərə dəstək verəcəklərini bəyan edirlər. Nümayiş səfirliyin binasından prezidentin iqamətgahına kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub