Dağıstanda 1-i qadın olmaqla 3 silahlı öldürüldü
Dağıstanın Xasavyurt bölgəsində evlərdən birində gizlənmiş 3 silahlı zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda onlardan birinin qadın olduğu deyilir. Həmin qadın da silahlılarla birgə döyüşüb. Hazırda istehkamçı və xüsusi xidmət orqanlarının əməkdaşları evə daxil olmağa çalışır. Polisin dediyinə görə, həmin şəxslərlə danışıqlar nəticə vermədikdən sonra onlar evi atəşə tutmağa başlayıblar.
Xatırladaq ki, Xasavyurt rayonunun Vinsovxoz kəndində saat 06:30-da hüquq-mühafizə əməkdaşlarına atəş açan naməlum şəxslərin qaldığı ev mühasirəyə alınıb. Onlardan birinin əvvəlki gecə polisə atəş açan cinayətkar olduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
14:29
742
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
841
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1365
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1036
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1823
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1476