Şəkidə iki yük avtomobili toqquşdu
Şəkidə iki yük avtomobili toqquşub. APA TV-nin məlumata görə, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası rayonun Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. 1958-ci il təvəllüdlü, Şəki rayonu Baş Göynük kənd sakini Zahir Nurəhməd oğlu Abdurəhmanov idarə etdiyi “MAZ” markalı yük avtomobili ilə yolun kənarında dayanan, həmkəndlisi 1961-ci il təvəllüdlü Üzeyir Qurban oğlu İsrafilova məxsus “Zil” markalı yük maşınına çırpıb.
Qəza nəticəsində “MAZ” markalı yük maşının sürücüsü Zahir Abdurəhmanov, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdurəhmanova Sümayə Qurban qızı, “Zil” markalı yük maşının sürücüsü Üzeyir İsrafilov və onun sərnişini 1993-cü il təvəllüdlü Seyidməmmədov Tural Mikayıl oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına aparılıblar. Xəstələr travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki şəhər-rayon polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub