Yanukoviçin İsveçrədəki 170 milyonluq bank hesabı donduruldu
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin və onun yaxınlarının İsveçrədəki bank hesabları dondurulub. "Alman Dalğası" radiostansiyasının "Reuters"ə istinadən verdiyi xəbərə görə, buna səbəb Ukrayna Baş Prokurorluğunun onlar haqqında çirkli pulların yuyulması ilə bağlı 5 fakt üzrə cinayət işi başlamasıdır: "Ümumi məbləğ 170 milyon İsveçrə frankıdır. Bank hesabları Yanukoviç və onun yaxın çevrəsinə aiddir".
İsveçrə Federal Şurasının Viktor Yanukoviç və ətrafının ölkədə ola biləcək bütün aktivlərinin dondurulması barədə qərarı qüvvəyə minib. Federal Şura Yanukoviç və ətrafına məxsus istənilən əmlakın satışına da qadağa qoyub. Təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Ukrayna dövlətinə qaytarmağa hazır olduğunu açıqlayıb. İsveçrə tərəfi bu məsələdə Ukrayna ilə sıx əməkdaşlıq edəcək.
Qeyd edək ki, daha əvvəl İsveçrə tərəfindən 20 Ukrayna vətəndaşının bank hesablarının dondurulması barədə məlumat yayılmışdı. Avstriya dövləti isə 18 Ukrayna vətəndaşının ölkədəki bank hesablarını dondurub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub