"Eurovision-2014"ün açılış mərasimi keçirildi
Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı yarışmasına start verilib. APA TV-nin məlumatına görə, rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutub. Müsabiqədə iştirak edən 37 ölkənin təmsilçiləri ənənəvi olar qırmızı xalça üzərindən keçərək arenaya daxil olublar.
Qeyd edək ki, mahnı müsabiqəsi "Join us" - "bizə qoşul" devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.
Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində Dilarə Kazımova "Start a fire" mahnısı ilə təmsil edir. O, birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən, hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub