Sinoptiklərin hava proqnozu
Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, paytaxta hava şəraitinin dəyişkən buludlu olacağı arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 22-27 dərəcə intervalında dəyişəcək. Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 27-32, dağlarda isə günorta saatlarında 19-24 dərəcə isti müşahidə oluncaq. Yaxın iki gün ərzində Abşeron yarmadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas isnanlar üçün əlverişli olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub