Mustafa Cemilovun Krıma qayıtmasına Türkiyə kömək edəcək
Krım tatarlarının lideri Mustafa Cemilovun Krıma buraxılmaması məsələsi ilə Türkiyə məşğul olacaq. Cemilovun sözlərinə görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ona bu məsələni Rusiya prezidenti Vladimir Putinlə yaxın vaxtlarda sülh yolu ilə həll edəcəyini deyib. Tatarların lideri 5-ci kanala müsahibəsində onu da əlavə edib ki, Türkiyə rəhbərliyi ona qan tökülməsinə imkan verməməyi xahiş edərək, sərhəddən çəkilməyi və Kiyevə dönməyi tövsiyə edib. Daha sonra bu məsələ iki ölkə rəhbəri arasında danışıq əsasında yoluna qoyulacaq. Qeyd edək ki, Krım tatarlarının lideri Mustafa Cemilov beynəlxalq görüşlərdə iştirak etmək üçün Krımdan çıxıb. Qayıdarkən isə ona Krıma girməyə icazə verməyiblər.
OXŞAR XƏBƏRLƏR
14:29
770
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
871
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1395
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1039
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1825
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1480