Tarixi qəhrəmanlarımız Şəkidə görüşdü
Şəkidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş festival keçirilib. Gənclər və İdman Nazirliyinin layihəsi olan "Tarixin canlı səhifələri" adlı gənclər festivalında orta əsrlərdən günümüzə qədər tarixi dövr əhatə olunub. Festivala gələn qonaqlar ilk öncə orta əsrlər dövrünə xas olan mədəniyyət, məişət və ənənələrlə geniş tanış olublar. Tarixi konstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını elə özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaq olub. Bütün dünyada geniş yayılan tarixi konstruksiya hərəkatı bu günə kimi Azərbaycanda öz əksini tapmayıb. Məhz bu formatda keçirilən "Tarixin canlı səhifələri" festivalı ölkədə ilk dəfə keçirilib.
Festivalda Azərbaycanın tarixi qəhrəmanlarından olan Cavanşirin, müstəqilliyimiz uğrunda ərəblərlə mübarizə aparan Babəkin, bütöv Azərbaycanı ilk dəfə vahid halda birləşdirən Şah İsmayıl Xətainin, məşhur Şəki xanı Hacı Çələbi xanın, Gəncənin müstəqilliyi uğrunda canından keçən Cavadxanın həyatı tələbə və aktyorlar tərəfindən canlandırılıb. Festivala gələn hər bir kəs sanki özünü döyüş meydanında hiss edib. At üzərində qılınclaşan döyüşçülər,atılan toplar festivala bir az da rəng qatıb. Festivalda 200 nəfərə yaxın tələbə iştirak edib.
Maraqlı keçən festival möhtəşəm atəşfəşanlıqla sona çatıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub