Dünyanın 22 ölkəsindən 150 idmançı Bakıya toplaşıb
Azərbaycanda idman dırmanması üzrə növbəti Dünya kuboku yarışı keçirilir. Dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı Bakının Dölət Bayrağı Meydanına toplaşaraq özlərinin çəki və sürət qüvvələrini sınayır.
APA TV-nin xəbərinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 6 oğlan və 4 qız təmsil edir.
Ekologiya və təbi sərvətlər naziri Hüseyn Bağırov deyib ki, bu idman növü çox gəncdir: "İdmançılarımız sürətlə yetişir. Bu gün də bizim yaxşı komandamız var".
Yarışlara hazırlıq məqsədi ilə Federasiyanın dəvəti ilə Türkiyədən gəlmiş yüksək ixtisaslı hakimlər tərəfindən idmançılara hakimlik kursu keçilib və 40 nəfərə yaxın idmançıya beynəlxalq yarışları idarə etmək hüququ üzrə sertifikat verilib.
Yarışlar iki gün davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub