Mustafa Cəmilov Krıma qayıtdı
Rusiya Federasiyası ərazisinə girişi qadağan olunan Krım tatarlarının lideri Mustafa Krımoğlu Cəmilov bu gün Krıma qayıdıb. Bu barədə Krım Tatarları Məclisinin mətbuat katibi Leyla Muslimova məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər beş minə yaxın Krım tatarı Krım-Ukrayna sərhədindəki Armyansk sərhəd-keçid məntəqəsinə üz tutub. Orada Krım tatarları ilə canlı sədd quran sərhədçilər arasında toqquşma olub, atəş səsləri eşidilib. Sərhədçilər yalnız Krım Tatarları Məclisinin sədri Refat Çubarov və Krım baş nazirinin müavini Lenur İslamovun əyləşdiyi avtomobili buraxmağa razılaşıblar. Buna etiraz edən Krım tatarları canlı səddi aşaraq Mustafa Cəmilovun Krım ərazisinə keçidini təmin ediblər.
Qeyd edək ki, 3 May Krım tatarları tərəfindən Xıdırlez milli bayramı kimi qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub