ORT-nin rəhbəri özünü güllələdi
Rusiyanın Birinci kanalının (ORT) baş direktoru Ernst Konstantin Lvovic özünü öldürmək üçün tapançadan başına atəş açıb. Rusiya mətbuatının məlumatına görə, bu barədə telekanalın rəhbərliyindəki mənbə xəbər yayıb. Aprel ayının 30-da Rusiyanın Birinci kanalının baş direktoru Rusiyanın “Qazprom” şirkətinin direktoru Aleksey Miller və Vladimir Putinlə uzun sürən telefon danışıqlarından sonra evinə gələrək iş otağına keçib. Onunla birlikdə yaşayan qadın Larisa Sinelşikova qapının arxasından güllə səsi eşidib. Konstantin Lvovic hazırda Rusiya Federasiyasının Prezident İşləri İdarəsinin “Klinik xəstəxana”sına yerləşdirilib. Açdığı atəş nəticəsində onun boynu və dili yaralanıb, hazırda hüşsüz vəziyyətdədir. Telekanalın mətbuat xidməti hadisə barədə heç kimə açıqlama vermir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub