Rəsmi Moskva Odessada baş verənlərə sərt reaksiya verdi
Rusiya Xarici İşlər Nazirliyi Odessada baş verən faciəli hadisələrlə əlaqədar bəyanat yayıb. Rusiya XİN-in mətbuat xidmətinə istinadən vrilən xəbərə görə, bəyanatda baş verənlər Ukrayna hakimiyyətinin “cinayətkar məsuliyyətsizliyinin nəticəsi” kimi qiymətləndirilir. Qeyd olunur ki, Ukraynada radikal millətçilər, o cümlədən “Pravıy sektor” ölkənin federallaşmasının və real konstitusion dəyişikliklərin tərəfdarlarına qarşı fiziki terror aparmaqla məşğuldur: SİTAT: “Rusiya XİN bu hadisələri kəskin qınayır, rəsmi Kiyevi və onun qərbli himayəçilərini güc özbaşınalığına son qoymağa, Ukrayna xalqı qarşısında məsuliyyət nümayiş etdirməyə çağırır”.
OXŞAR XƏBƏRLƏR
18:00
544
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
765
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
806
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1431
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1044
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1660