Səfirlik: ABŞ münaqişənin həlli istiqamətində aparılan işlərə sadiq qalır
ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan işlərə sadiq qalır. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən xarici işlər nazirinin müavini Araz Əzimovun ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət açıqlanarkən bildirilib.
Səfirlikdən ABŞ hökumətinin A. Əzimovun fikirləri ilə razılaşmadığı qeyd olunub. ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin sülh yolu ilə həlli üçün ciddi addımlar atmağa çağırır.
Qeyd edək ki, Azərbaycan hökumətinin Ceyms Uorlikin fəaliyyətindən narazılığını dilə gətirmiş, rəsmi Bakının onun həmsədrlikdən geri çağırılması məsələsini qaldıra biləcəyini vurğulamışdı.
OXŞAR XƏBƏRLƏR
14:29
780
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
882
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1406
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1039
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1826
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1480