Oqtay Əsədov: "Bəzi televiziyalar Milli Məclisi rüsvay edir"
"Yeni gələn həmsədrlər demək olar ki, Qarabağ probleminin kökündən xəbəri yoxdur".
APA TV-nin xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərini tənqid edən Milli məclisin sədri spiker Oqtay Əsədov deyib ki, onlar fəaliyyətlərinə təzə, anlaşılmaz qayda gətiriblər: "İşləri "Twitterdə" məsələ həll etmək, Ermənistanda olan jurnalistlərlə münasibətlərini, tərəfliliyini göstərməkdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Heç kim tərəf tutmalı deyil. Təzə yeniliklər çıxarıblar. Tərəfdaş kimi Dağlıq Qarabağ. Dağlıq Qarabağ kimdir axı?"
Oqtay Əsədov ATƏT Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsi təklifi ilə çıxış edib və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını tələb edib.
Bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirən parlamentin sədri qeyd edib ki, bəzi mətbuat, xüsusilə televiziyalar Milli Məclisi rüsvay edir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub