Fransa səfiri: "Leyla Yunus məndən xahiş etdi ki..."
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu Bakı aeroportuna qədər şəxsən müşayiət etdiyini açıqlayıb. APA TV-nin məlumatına görə, səfir bildirib ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı yaranmış vəziyyətə görə narahat olub.
“Çünki onun tanışıdır. Ona görə də məndən və amerikalı həmkarımdan xahiş etdi ki, onunla birlikdə aeroporta gedək. Biz də heç bir tərəddüd etmədən bunu etdik”. Fransa səfiri Leyla Yunusa viza verdiklərini də təsdiqləyib. “O, konfransda iştirak etmək üçün Brüsselə dəvət edilmişdi. Bizə viza üçün müraciət etdi. Ona viza verməmək üçün səbəb yoxdur. Pasportu var və biz ona viza verdik”. Səfir bildirib ki, Leyla Yunusu insan haqları müdafiəçisi kimi tanıyır. O, Leyla Yunusun Ermənistan QHT-si ilə birgə layihəsi olan saytın açılışında iştirak etdiyini də deyib. Səfirin fikrincə, Azərbaycan və Ermənistan insanları arasında birbaşa dialoqun olması, gündəlik həyatları müzakirə etməsi bu insanları bir-birinə yaxın etmək yollarından biridir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub