Ali məktəblərə qəbul üçün keçid balı açıqlandı
2014-2015-ci il tələbə qəbulu müsabiqəsində III qrup üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə APA TV-yə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. I, II, IV qruplar üzrə isə tələbə olmaq istəyən abituriyentlər 250-dən aşağı bal toplamamalıdırlar.
Bundan başqa, bütün qruplar üzrə abituriyentlərin hər biri fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Qeyd edək ki, ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarında bütün qruplar üzrə keçid balları aşağı salınmışdı.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub