Masallıda cıdır yarışı keçirilib
Masallıda ənənəvi cıdır yarışları keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Xırmandalı kəndindəki cıdırda təşkil olunan yarışlarda Masallı ilə yanaşı, Cəlilabad və Neftçala rayonlarından 150-dək çapar məharətini nümayiş etdirib.
Yarış başlanan anlardan üstünlüyə daha çox “Cerri”, “Mustanq”, “Kəhər” ləqəbli atlar yiyələnib.
Münsiflər heyətinin üzvü Ramil Məmmədov Masallıda at yarışlarının artıq ənənəyə çevrildiyini, gənclərdə bu idman növünə olan marağın ildən-ilə artdığını bildirib.
Bir neçə saat davam edən yarışmada ötən ilin qalibi olmuş Masallı rayonunun nümayəndəsi Elnur İsmayılov “Cerri” adlı atı ilə yenə də finişə birinci çatıb.
Qalib çapara təşkilat komitəsi tərəfindən pul mükafatı təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
14:29
801
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
906
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1428
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1042
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1828
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1482