Ermənilər Krımın Rusiyaya birləşdirilməsini istəyirlər
Ermənistan əhalisinin əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyir.
“Gallup"un bu ilin aprelin 8-dən 18-dək Ermənistanın bütün vilayətlərində və İrəvanın inzibati rayonlarında keçirdiyi sorğunun nəticəsi belədir.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 80 faizi Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. “Referendum nəticəsində Krımın Rusiyaya birləşdirilməsinə sizin münasibətiniz ?” sualına respondentlərin 30 faizi “Tamamilə müsbət” cavabı, “Daha çox müsbət” – 47 faiz, “daha çox mənfi” – 8 faiz, “tamamilə mənfi” – 4 faiz cavab verib.
APA TV-nin xəbərinə görə, respondentlərin 76 faizi Krımın birləşdirilməsi məsələsində Rusiyanın addımlarını “müsbət” qiymətləndirib, sorğuda iştirak edən Ermənistan vətəndaşlarının 73 faizi qeyd edib ki, Ermənistan Krımı Rusiya ərazisi kimi tanımalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub