Azərbaycanlı aktrisa doğuş zamanı körpəsi ilə birlikdə öldü
Yevlax rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib. Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş zamanı dünyasını dəyişib.
Doğuş zamanı ana ilə yanaşı, körpə də ölüb.
Xəstəxanadan bildirilib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib və bu zaman uşaq havasızlıqdan, ana isə çox qan itirdiyindən vəfat edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya açıqlamasında hadisə ilə bağlı xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, Pərvanə Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası olub.
OXŞAR XƏBƏRLƏR
14:29
799
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
905
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1426
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1042
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1828
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1482