Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başladı!
Azərbaycan Silahlı Qüvvələrinin birlik hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub. May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib. Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi