ABŞ səfirinin müavini: “Leyla Yunus və əri ilə onların xahişi ilə görüşmüşük”
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusla diplomatik nümayəndəlik arasında əlaqələrə aydınlıq gətirib.
“Biz bu məsələ ilə bağlı bu yaxınlarda açıqlama vermişdik. Qeyd etmək istəyirəm ki, biz Leyla Yunus və Arif Yununun istəyi ilə onlarla görüşmüşük. Leyla Yunus Və Arif Yunus bizim səfirliyimizlə uzun müddətdir, əməkdaşlıq edirlər. İstər Azərbaycan hökumət qurumlarının nümayəndələri, istərsə də vətəndaş cəmiyyətinin təmsilçiləri bizimlə görüş xahiş etdikdə hər zaman onlarla görüşürük”.
Diplomat bildirib ki, Leyla və Arif Yunuslarla görüşün məqsədi heç bir halda və heç bir vəchlə onların harasa hərəkət etməsinə köməklik etmək olmayıb: “Sadəcə, onların xahişi ilə görüşmüşük”.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub