Azərbaycanda əsgər hərbçi yoldaşını güllələyib
Azərbaycan Ordusunda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N. Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
874
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
981
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1501
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1046
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1831
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1485