Bakıda sərxoş qadın sürücü qəza törətdi, xəsarət alanlar var
Bakıda sərxoş halda sükan arxasına keçən xanım sürücü yol qəzası törədib. Paytaxtın Səbail rayonu ərazisində qeydə alınan hadisə zamanı Talışinskaya Lalə Ramiz qızının idarə etdiyi "Hyundai" markalı minik maşın Məmmədov Kamran Vaqif oğluna məxsus "Toyota" markalı avtomobillə toqquşub. Yol patrul xidməti əməkdaşlarının verdiyi məlumata görə, xanım sürücünün sərxoş vəziyyətdə idarə etdiyi avtomobil Zərifə Əliyev küçəsi ilə hərəkətdə olub. Lalə Talışinskaya yolun Rəşid Behbudov küçəsi ilə kəsişməsindəki işiqforun qadağanedici işığının tələbinə məhəl qoymayıb. Nəticədə toqquşma baş verib.
Qadın sürücü işıqfora qədər olan məsafədə maşını bir neçə dəfə bardürlərə çırpıb.
Qəza nəticəsində Lalə Talışinskaya və həmin avtomobildə olan qadın sərnişin yüngül bədən xəsarətləri alıblar. Hər iki yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.
Səbail rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub