Cəbhəyanı rayonların yaşayış məntəqələri yırtıcı heyvanların hücumuna məruz qalır
Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb. Tülkü, çaqqal, bəzən isə canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir. Ağdamın Çıraqlı kəndində isə vəziyyət bu baxımdan daha pisdir. Çıraqlı sakinləri APA TV-yə deyirlər ki, yırtıcılar artıq evlərə soxulmaqdan belə çəkinmir. Həyət-baca nəzarətsiz qalsa, hər şeyi talan edir: "Tez-tez vəhşi heyvanların hücumuna məruz qalırıq. Tülkü, çaqqal bizə böyük ziyan vurur".
İşğal altındakı ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar yaşayış məntəqələrinə soxulduğundan buradakı ev heyvanları arasında yoluxucu xəstəliklərin yayılması ehtimalı da çoxalır. Vəhşi heyvan sürülərinin Aran ərazilərinə axını da müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi