Leyla Yunus: "Özüm belə istədim! Xoçu, delayu!"
Bir az əvvəl sərbəst buraxılan hüquq müdafiəçisi Leyla Yunusun ofisində axtarış aparılacaq.
APA TV-nin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunus bir neçə dəqiqə əvvəl vəkili Xalid Bağırovla birgə idarəni tərk edib.
Jurnalistlərin suallarını cavablandıran Leyla Yunus nədə ittiham olunduğunu bilmədiyini deyib: “Mənə əsasən bir müddət əvvəl tutulan jurnalist Rauf Mirqədirovla bağlı suallar ünvanladılar. Onunla əlaqələrimə aydınlıq gətirməyimi istədilər. Mən də həmin suallara cavabımda Rauf Mirqədirovu yaxşı jurnalist kimi tanıdığımı və onunla bir neçə tədbirdə iştirak etdiyimi dedim”.
Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus dünən axşam saatlarında Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub