Mayın 1-dən avtomobil şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək
Mayın 1-dən avtomobilin arxa yan şüşələrinə jalüz pərdələrin vurulmasına icazə veriləcək. APA TV-nin xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər çəkilməsinə icazə verilib.
Sürücünün sağındakı və solundakı şüşələrə jalüz çəkilməsinə icazə yoxdur. Arxa yan şüşələrə yalnız zavod istehsalı olan jalüzlərin çəkilməsinə yol verilir. Kustar üsulla hazırlanan pərdələrin, plyonkaların vurulması qadağandır və buna görə 150 manat cərimə nəzərdə tutulur. Bu şüşələrin plyonka ilə tündləşdirilməsi də nəzərdə tutulmur.
Qeyd edək ki, avtomobilin alın şüşəsinə, qabaq və arxa yan şüşələrinə hər hansı plyonkanın çəkilməsi qadağandır. Sürücü üçün görünüşü təmin edən şüşələrin işıq buraxma qabiliyyəti bu hədlərdən aşağı olmamalıdır: küləyə qarşı şüşə üçün 75 faiz, sürücünün sağındakı və solundakı şüşələr üçün 70 faiz, digər yan şüşələr üçün 60 faizdir. Arxa şüşənin işıq buraxma qabiliyyəti normalaşdırılmır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub