Bakıda sabiq prokurorluq əməkdaşı özünü yandıraraq intihar etmək istəyib
Bakıda keçmiş prokurorluq işçisi intihara cəhd edib.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəhidlər xiyabanının yaxınlığında qeydə alınıb. Keçmiş prokurorluq işçisi Fəxrəddin Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində Fəxrəddin Məmmədov fikrindən daşındırmaq mümkün olub. Polisə aparılan F. Məmmədovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır. Fəxrəddin Məmmədovun uzun illər əvvəl prokurorluq orqanlarında çalışdığı bildirilib.
OXŞAR XƏBƏRLƏR
14:29
874
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
981
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1501
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1046
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1831
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1485