Novruz Məmmədov: "Leyla Yunusun həbsinə mənim təsirim olması barədə xəbərlər təxribatdır"
"Leyla Yunus və onun həyat yoldaşının mənim təsirimlə saxlanılması xəbəri yalandır".
APA TV-nin Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Leyla Yunus və həyat yoldaşı ölkəni tərk edərkən onun təsiri ilə saxlanılmasına münasibət bildirərkən deyib.
O, bununla bağlı saytlarda gedən məlumatlardan çox təəccübləndiyini deyib: "Hansısa sayt yayıb ki, Leyla Yunus və onun həyat yoldaşı aeroportda xaricə getdikləri zaman mən kiməsə demişəm, onları təyyarəyə buraxıblar, sonra da təyyarədə saxlayıblar. Tamamilə yalan məlumatdır. Bunu yayan hansı sayt olur-olsun təxribatla məşğul olur ki, müəyyən fikir formalaşdırsın".
Prezident Administrasiyası rəsmisi Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinin Milli Təhlükəsizlik Nazirliyinə Ramil Səfərovu öldürməklə bağlı tapşırıq verməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, Ramil Səfərov Azərbaycan vətəndaşıdır və onun təhlükəsizliyi qorunur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub