Yüksək sürətlə hərəkət edən "Mazda" "Nissan"a çırpıldı
Gecə saatlarında paytaxtın Nərimanov rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. APA-TV-nıi xəbərinə görə, "Mazda" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan"ı vurub. Zərbə güclü olduğundan "Mazda"nın sürücüsü baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım yaralıya müdaxilə edib. Ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, sürücüləri isə polis şöbəsində aparıblar. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
887
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
991
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1511
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1048
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1833
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1487