Nobel prospektində çökmə davam edir, yolun qarşı zolağı da çökdü
Bakının Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısındakı yolda yenidən təhlükəli vəziyyət yaranıb. APA TV-nin məlumatına görə, yolda bir neçə gün əvvəl başlayan çökmə prosesi daha da intensivləşərək iki hərəkət zolağını əhatə edib. Əraziyə “Azəryolservis” və “Azərsu” ASC-lərin, Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. Yolun hər iki hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
İş icraçılarından verilən məlumata görə, aparılan araşdırmalar zamanı yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun ümumi sahəsi müəyyən olunub. Bundan sonra xüsusi texnikanın köməyi ilə həmin kollektorun qurudularaq betonlaşdırılması işinə başlanacaq.
Xatırladaq ki, aprelin 21-də Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub