Ailə faciəsi: bir neçə il əvvəl ölən qardaşının arvadını qətlə yetirdi
Hacıqabul rayon sakini qohumunu qətlə yetirib. Rayon prokurorluğundan verilən məlumata görə, aprelin 26-da Hacıqabul rayon sakini, 1976-cı il təvəllüdlü Elbrus Cəlal oğlu Məmmədov qardaşı arvadı Mahirə Fazil qızı Məmmədovanı döş qəfəsindən iki dəfə bıçaqla vuraraq qətlə yetirib. APA TV-nin xəbərinə görə, Elbrus Məmmədov könüllü olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Müstəntiq Yusif Əliyev deyib ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanıb.
M.Məmmədovanın həyat yoldaşı bir neçə il əvvəl xəstəlikdən dünyasını dəyişib. Bundan sonra qadın iki övladı ilə ərinin evində yaşamağa davam edib.
Elbrus Məmmədov əvvəllər məhkum olunub. İlkin ehtimala görə, hadisə qısqancıq zəminində baş verib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub