Xarkov şəhərinin meri güllələnib
Ukraynanın Xarkov şəhərinin meri Gennadi Kernes sui-qəsdə məruz qalıb. APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 28-i yerli vaxtla saat 12.00-a yaxın baş verib. Xarkov Şəhər Şurasından bildiriblər ki, G. Kernes kürəyindən güllə yarası alıb. O, hazırda xəstəxanada əməliyyat olunur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Qeyd edək ki, Xarkov Ukraynanın Rusiya ilə həmsərhəd şərq vilayətlərindən biridir. Şəhərdə bir müddətdir Rusiyayönümlü separatçıların kütləvi aksiyaları keçirilir.
OXŞAR XƏBƏRLƏR
14:29
900
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1005
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1527
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1051
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1837
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1489