Kəmaləddin Heydərov Qəbələdə qəbul keçirdi
Aprelin 28-də Qəbələ rayonunda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edərək onların şikayət və təkliflərini dinləyib. APA TV-nin məlumatına görə, Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasinda aparılıb. Nazir Kəmaləddin Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub