Gülər Əhmədova: “Bu dəqiqə əsəbdən ürəyim partlayacaq”
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə ekspert Hümbət Vəliyevin dindirilməsi davam etdirilib. Ekspert bildirib ki, Sevinc Babayevanın eksperimental səs nümunəsinin olması barədə rəydə yazılanlar texniki səhvdir. Ekspert birinci təqdim olunan diskdə bəzi kəsilmələrin olduğunu, səsin itdiyini bildirib. İkinci dəfə təqdim olunan diskdə isə pozulma yoxdur. Gülər Əhmədovanın vəkilləri ekspertə suallar versələr də, prokuror onların bəzilərinin cavablandırılmasına etiraz edib. Gülər Əhmədova isə prokurorun bu hərəkətinə etiraz bildirib: “Siz burda qoymursunuz ki, kimsə ağzını aça. Bu dəqiqə əsəbdən ürəyim partlayacaq”. G. Əhmədova Sevinc Babayevanın, Elşad Abdullayevin sərbəst səs nümunələrinin nədən ibarət olduğunu ekspertdən soruşub. Ekspert isə deyib ki, E. Abdullayevin səs nümunələri onun televiziya çıxışlarından, S. Babayevanın səs nümunələri E Abdullayev haqda danışdığı və internetdə yayılan videomateriallardan, G .Əhmədovanın səs nümunələri televiziyada efirə gedən “Xalq seçir” verilişindən götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub