ABŞ “Rosneft” və “Qazprom”un rəhbərlərinə sanksiya tətbiq edəcək
ABŞ “Rosneft” və “Qazprom”un rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Sanksiyalar bu şəxslərin ABŞ-da olan aktivlərinin dondurulmasını nəzərdə tutur və ABŞ vətəndaşlarının və şirkətlərinin bu şəxslərlə biznes əlaqələri qurmasını qadağan edir. Vaşinqton Rusiya müdafiə sektoru üçün yüksək texnologiyaların ixracına da qadağa qoyacaq. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Toni Blinken deyib. O, Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərə və şirkətlərə sanksiya tətbiq edəcəklərinin bildirib. Müşavir Krımın ilhaqından sonra Rusiyaya tətbiq olunan sanksiyaların artıq bu ölkə iqtisadiyyatına ciddi zərbə vurduğunu bəyan edib: “Onların maliyyə bazarı ilin əvvəlindən bəri 22 faiz azalıb, rubl isə ən aşağı səviyyədədir”. Qeyd edək ki, ABŞ-la bərabər Avropa Birliyi də Rusiyaya yeni sanksiyalar tətbiq edəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub