Suriyada döyüşən azərbaycanlıların sayı - SORĞU
“Vesti.az” saytı Suriyada döyüşən azərbaycanlıların təxmini sayını müəyyənləşdirmək məqsədilə Azərbaycanın 40 polis idarəsində sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Suriyada Bəşər Əsədə qarşı döyüşən qruplaşmaların tərkibində Xaçmaz, Zaqatala, Qax, Yevlax, Şabran, Oğuz, Quba, Şəki, Qusar və Sumqayıtdan 104 nəfər döyüşüb, onlardan təxminən 60 nəfərə yaxını döyüşlərdə öldürülüb. Suriyaya ən çox azərbaycanlı Sumqayıt şəhərindən (40), Şabran (22) və Qusar rayonlarından (15) gedib. Sorğu zamanı Azərbaycanın əksər rayonlarında Suriyaya gedərək qanunsuz hərbi birləşmələrin tərkibində döyüşən azərbaycanlıların olmadığı müəyyənləşib.
Qeyd edək ki, kütləvi informasiya vasitələrində Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayı ilə bağlı rəqəmlərin şişirdildiyi iddia olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub