Gürcüstanda azərbaycanlıların ədavəti - mağaza partladıldı, 1 nəfər güllələndi
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində 28 yaşlı azərbaycanlı gənc qətlə yetirilib. Qətlə yetirilən şəxs rayon sakini 28 yaşlı Nazim Məmmədovdur. Şahidlərin bildirdiyinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Qətlə yetirilən Nazim Məmmədov bibisi qızı Ayşən Əli qızı Məmmədova ilə evli olub. Onlar sonradan boşanıblar. Boşandıqdan sonra Nazim Məmmədov qohumu Elminaz Xalid qızı Həsənovanı qaçırıb. Bu isə Ayşən Məmmədovanın və Elminaz Həsənovanın valideynlərini hiddətləndirib. Onun keçmiş qayınatası Əli Məmmədov və qaçırdığı qızın atası Xalid Həsənov Nazim Məmmədovun çalışdığı Marneuli bazarına gediblər. Əli Məmmədov öncə Nazimin atası Nizami Məmmədovun bazarın içindəki mağazasına qumbara atıb, sonra bazarın qarşısındakı ərzaq dükanında çalışan Nazim Məmmədovu mağazasına girərək mağazanın içində onu güllələyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılır, şahidlər dindirilir. Hadisəni törədən Əli Məmmədov və digər iştirakçılar qaçıblar. Cinayəti törədən Əli Məmmədovun 9 il məhkumluq həyatı yaşadığı, həbsdən bu yaxınlarda azad olunduğunu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub