Moskvada azərbaycanlılar arasında atışma: 1 nəfər öldürüldü
Ötən gecə Moskvada tütün məmulatları mağazasının sahibi olan 1965-ci il təvəllüdlü Azərbaycan əsilli şəxs öldürülüb. APA-nın verdiyi məlumata görə, mağaza sahibi 7-8 nəfərdən ibarət qrupla mağaza əməkdaşları arasında baş verən mübahisənin dava-dalaşa çevrilməsi zamanı güllələnib.
Həmin qrupdakı iki nəfər mağazaya daxil olub, onlardan biri iki dəfə mağaza sahibinin sinəsinə atəş açıb. Yaralı mağaza sahibi bıçaqla müdafiə olunmağa cəhd etsə də, təsadüfən qardaşı oğlunu budundan yaralayıb. Güllə yarası almış mağaza sahibi təcili yardım maşınında dünyasını dəyişib.
Mağazaya hücum edənlər “VAZ-21 012” markalı avtomobilə hadisə yerindən qaçıblar. Ancaq elə bu gecə mağaza sahibini öldürməkdə şübhəli sayılan avtomobilin 23 yaşlı sürücüsü saxlanılıb. O, Azərbaycan vətəndaşıdır. Cinayətin digər iştirakçıları və hadisənin motivi müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub