Rauf Mirqədirovun apellyasiya şikayəti təmin olunmadı
Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətin təmin olunmayıb.
APA-nın əməkdaşı jurnalistin məhkəmə binasına daxil olarkən fotolarını çəkib.
Jurnalist Rauf Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Barəsində 3 aylıq həbs qərarı seçilən Rauf Mirqədirov tutulduğu andan müdafiəçi ilə təmin olunub.
Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub