Zaqatalanı dolu vurdu
Aprelin 24-ü saat 22:30 radələrindən başlayaraq, Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Zaqatalanın bir neçə kəndinə dolu yağıb. İki saat ərzində şimşək çaxıb, yağış yağıb, rayonun Aşağı Tala, Yuxarı Tala, Muxax, Çobankol və Gözbarax kəndlərinə dolu düşüb. Dolu daha çox Muxax, Çobankol və Gözbarax kəndlərinə yağıb. Bu kəndlərin sakinlərinin APA TV-yə verdiyi məlumata görə, dolu diametrinə görə böyük olub. Zaqatala rayon İcra Hakimiyyətinin Çobankol və Gözbarax kəndləri üzrə inzibati ərazisinin icra nümayəndəliklərindən bildirilib ki, dolu nəticəsində kənd təsərrüfatına ziyan dəyib. Çobankol kənd üzrə inzibati ərazisinin icra nümayəndəsinin müavini Tacəddin Cumayev bildirib ki, gecədən gözlənilmədən yağan güclü yağış bir müddət doluya çevrilib. Kəndin böyük hissəsində dolunun müəyyən fəsadlar verdiyi aşkarlanıb. Baxış zamanı aydın olub ki, kəndin bir hissəsində əhalinin əkdiyi şitillərin və meyvə ağaclarının barı sanki çırpılmış kimi yerə tökülüb. Gecə saatlarında kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub