Rusiyalı nazir: "Kiyev Krımı susuz qoydu"
"Kiyev Krımı susuz qoydu".
APA TV-nin xəbərinə görə, bu sözləri Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Fyodorov deyib. Nazirin sözlərinə görə, bu il Krımın 120 min hektarlıq əkin sahəsində kənd təsərrüfatı məhsulları qismən və ya tamamilə məhv ola bilər: "Problem isə Krım ərazisinə suyun verilməsində yaranan məhdudiyyətlərlə bağlıdır".
Rusiya kənd təsərrüfatı naziri bildirib ki, Rusiya Krımın su ilə təchizatı barədə Ukraynaya yeni müqavilə imzalamağı və su üçün avans ödəməyi təklif edib. N.Fyodorov fermerlərin potensial itkilərin kompensasiya edilməsi üçün tədbirlərin görüləcəyini deyib. Nazir itkilərin 5 milyard rubl ola biləcəyini bildirib.
O, Krımın su probleminin yalnız 2-3 il sonra tamamilə həll olunacağını ifadə edib.
OXŞAR XƏBƏRLƏR
14:29
986
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1100
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1623
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1059
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1842
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1496