"Bakcell"in ötürücü stansiyasında bədbəxt hadisə: elektrik öldü
Qusar sakini Lənkəranda elektrik cərəyanı vurmasından ölüb. Hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Şahlar Murməmmədov kənddəki "Bakcell" şirkətinə məxsus ötürücü stansiyada elektrik cərəyanının olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerində ölüb. APA TV-nin xəbərinə görə, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək araşdırmalara başlayıblar. Meyit isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
İlkin araşdırmalardan sonra dünyasını dəyişən Şahlar Nurməmmədovun hazırda Cəlilabad rayonunda yaşadığı və elektrik sahəsində təmir işləri aparan "ABC" şirkətində çalışdığı müəyyənləşdirilib. Həmin şirkətin isə podratçı olaraq, "Bakcell" mobil operatoruna məxsus antenlərin təmirinə dair müqaviləsi var. Şirkət mobil operatorun antenində baş verən qüsurun aradan qaldırılması üçün əraziyə öz əməkdaşını göndərib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub