Hicran Hüseynova: "İqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır"
Azərbaycandakı sahibkarların 17%-ni qadınlar təşkil edir. Lakin ölkədə sahibkar qadınların sayı daha da artmalıdır".
APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində qadınlar arasında sahibkarlığın inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, bunun üçün ölkədə lazımi şərait var: "Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar. İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar".
Komitə sədri deyib ki, ötən il ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib.
Qeyd edək ki, Bakıda Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə xüsusi proqram çərçivəsində qadınlar arasında sahibkarlığın inkişafı üzrə beynəlxalq konfrans keçirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub