Hökməli sakini söyüş üstündə qətl törətdi
Abşeron rayonu Hökməli qəsəbəsində qətl törədilib. 43 Mürvət Rufulla oğlu Səfərov döş qəfəsindən aldığı bıçaq zərbəsindən ölüb. Abşeron Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törədən Hökməli qəsəbə sakini, 1967-ci il təvəllüdlü Mirazad Arzu oğlu Mirəliyev həbs olunub. Saxlanılan şəxs həmkədlisini söyüş söydüyü ücün öldürdüyünü bildirib.
Mirazad Mirəliyev bunları deyib: "Hər dəfə məni söyüb gedirdi. Dünən maşınla kecəndə də söyüb".
Sonuncu söyüşdən sonra Mürazad məsələni dəqiqləşdirmək ücün mərhumun oturduğu cayxanaya gəlib. Bu zaman Səfərov özündə olan bıcağı cıxarıb onu vurmağa cəhd edib: "Məni bıçaqla vurdu, geri çəkildim. Özümdə bıçaqla onu vurdum".
Polisdən verilən məlumata görə Səfərov xəstəxanaya aparılan zaman yolda ölüb. Faktı Abşeron rayon prokurorluğu araşdırır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub