DSMF sədri Gəncədə vətəndaşları qəbul edib
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda Gəncə şəhərindən və yaxınlıqdakı 8 rayondan olan 35 nəfərədək vətəndaşın müraciətlərinə baxılıb. Qəbulda Gəncə və Naftalan şəhərlərindən, həmçinin Yevlax, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən və Kəlbəcər rayonlarından olan sakinlər iştirak edib. Müraciətlər əsasən, pensiya təminatı, sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətinin sığorta stajına daxil edilməsi, əmək pensiyasının növünün dəyişdirilməsi ilə bağlı olub. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı fondun müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların fondun səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub